İnvestisiya nədir və onun zəruriliyi nədən ibarətdir?

      Bu gün bir çox insanlar bilir və başa düşür ki, maliyyə azadlığına gedən yol investisiyalardan keçir və maliyyə cəhətdən müstəqil və zəngin olmaq üçün gecə-gündüz işləmək lazım deyil, müəyyən pul vəsaiti əldə etmək üçün sadəcə maliyyə savadlılığı səviyyəsini artırmaq və passiv gəlir mənbələrini yaratmaq kifayyətdir.  

          İnvestisiya etmək üçün müasir zamanda bu sahədə bir o qədər biliyə də ehtiyac yoxdur. Yalnız investisiya əsaslarını öyrənmək, doğru investisiya vasitələrini tapmaq və optimal investisiya portfelini formalaşdırmaq lazımdır. Təcrübə əldə etdikdən və investisiya sahəsində müəyyən bilik səviyyəsinə çatdıqdan sonra isə daha riskli və gəlirli investisiyalara müraciət etmək olar. 

               Beləliklə investisiya nədir? 


 İnformasiya mənbələrin əksəriyyəti investisiyaları gələcəkdə kapitaldan gəlir əldə etmək məqsədi ilə müəyyən bir pul vəsaitinin qoyuluşunu (sərmayəni) nəzərdə tutan bir fəaliyyət kimi təsvir edir. İnvestisiyaları əkin prosesi ilə müqayisə etdikdə hər şey daha sadə görsənir. İnvestisiyalar – kapitalın “əkini” prosesidir, hansı ki, “gəlir” şəklində məhsul verir. Yəni: əkin edirsən, böyüdürsən, məhsulu yığırsan. Lakin bu sadəlik yalnız görünən hissədir və özünüz “əkinçi” olanda bu sadə görünüş dağılır. İlk öncə başa düşmək lazımdır ki, Siz yemədiyiniz taxılı əkirsiniz (saxladığınız və xərcləmədiyiniz pul vəsaitinizi investisiya edirsiniz), bəzən isə taxıl az olduqda, Siz yeməyinizi azaldırsınız ki, tarlanı əkə biləsiniz (xərclərinizi azaldırsınız ki, daha çox investisiya edəsiniz). İkincisi, əkin üçün vaxtı və tarlanı seçmək lazımdır, bunu düzgün etməsəniz, məhsulunuz böyük ehtimalla məhv olacaq (investisiya alətlərinin seçim riski).
 Üçüncüsü, məhsul yetişdikdə, ona qulluq etmək və yabanı otlar və ziyanvericilərdən qorumaq lazımdır (idarəetmə ehtiyacı). Dördüncüsü, vaxtı gələndə məhsulu yığmaq, onu zamanında yığmalısınız və onun saxlanılması üçün bütün şəraiti yaratmalısınız (əməliyyat xərcləri). Beləliklə, məhsuldarlıq eyni zamanda həm xarici (iqtisadi “havadan”), həm də daxili faktorlardan (əkinçinin sənətkarlığından) asılıdır. Adətən məhsuldarlığı əkinin artması ilə ölçürlər – əkinçi əkdiyini qaytarır və həmçinin ondan artığını da qazanmağa çalışır.    

      Digər yanaşmanı nəzərdən keçirək. İnvestisiya – gələcəkdə mənfəət əldə etmək üçün nəyinsə nəyəsə qoyuluşudur.


    “Nəyinsə” – insanın maddi, intellektual və pul vəsaitləridir. Yəni, hər bir şeyi sərmayə edə bilərsiniz. Bu, perspektivdə nəyi əldə etmək istədiyinizə bağlıdır. Əgər sağlam olmaq istəyiriksə, düzgün qidalanmağa başlayırıq, pis vərdişlərdən imtina edirik, idmanla məşğul oluruq. Proqramçı kimi böyük pullar qazanmaq istəyiriksə, oxumağa, daim inkişaf və təcrübə əldə etməyə başlayırıq. Maliyyə cəhətdən müstəqil və azad olmaq istəyiriksə, pul vəsaitlərimizi müxtəlif maliyyə və investisiya alətlərinə sərmayə qoyuruq və s. Demək olar ki, bütün hallarda, bunun üçün vaxtımızı ayırırıq, yəni vaxtımızı investisiya edirik ki, gələcəkdə hər hansı bir fayda əldə edə bilək.  

       “Nəyəsə” – müxtəlif maddi, intellektual, maliyyə və investisiya alətləridir. Yəni, investisiya obyektləri (daşınmaz əmlak, biznes, intellektual mülkiyyət obyektləri, avadanlıq və s.). Hər şeyi (vaxtınızı, pul vəsaitlərinizi, əmlakınızı və s.) hər şeyə sərmayə edə bilərsiniz (daşınmaz əmlakın, nəqliyyatın, avadanlığın, səhmlərin, istiqrazların, intellektual mülkiyyət obyektlərinin və s. alışı).

İnvestisiyalar sizə nə verəcək?

        İnvestisiyaların Sizə verə biləcəklərdən ən əsası və əhəmiyyətlisi azadlıqdır. Necə yaşamağınızı və nə edəcəyinizi seçmək azadlığı. Vaxtınızı necə keçirməyinizə özünüz qərar verə bilərsiniz. Özünüz, hobbiniz və ya uşaqlarınız üçün daha çox boş vaxtınız olacaq.  

       İnvestisiyanın bütün üstünlüklərinə baxmayaraq, insanlar investisiya etməkdən çəkinirlər. Bəs bunun səbəbi nədir? Çünki investisiyalaşdırma həmçinin böyük bir riskdir. İnsanlar kapital qazanmaqla yanaşı, digər tərəfdən, müəyyən bir məbləğdə pul da itirə bilərlər. Öz yığımlarını itirmək qorxusu insana pullarını düzgün idarə etməsinə imkan vermir. Və bu risk təkcə xarici faktorlardan asılı olmur, əhəmiyyətli dərəcədə investorun kompetensiyasından asılıdır. Buna baxmayaraq, doğru yanaşma və investisiyaların səmərəli idarə edilməsi ilə Siz çox yaxşı gəlir əldə edə bilərsiniz.

          Beləliklə, investisiyalaşdırma – istehlak və yığım, asılılıq və müstəqillik, çatışmazlıq və bolluq arasında həyat yolunun seçimi deməkdir. Pul isə doğru hərəkət etdikdə qazandığınız, yanlış bir şey etdiyiniz zaman itirdiyiniz xallardır.

    İnvestisiyalar haqqında maraqlı faktlar!  


     1. “Tülpanomania”.
         Ən qeyri adi investisiyalar sırasında holland tülpanlarını qeyd etmək olar hansılar ki, XVII əsrdə ölkəni əsl krizisə gətirib çıxarmışdı. Bir neçə il ərzində bu güllərin qiyməti minlərlə dəfə artmışdı. Bütün ölkə tülpanların ticarəti ilə məşğul olurdu. Bir nadir gül üçün müasir 2 milyon dollar ilə müqayisə olunacaq məbləğ verirdilər. Tülpanlara olan kütləvi investisiyalar ölkənin iqtisadiyyatını tamamilə dağıtdılar, çünki digər fəaliyyətlə məşğul olmaq sərf etmirdi. 



2. Evsiz milyoner.
       Hesab edilir ki, investisiyalar zəngin və dərin maliyyə bilikləri olan insanların məşğuliyyətidir. Yalnız isveç bomj Kurt Daqermanın nümunəsi bu fikri təkzib edir. O, maliyyə dahisi və ya uğurlu biznesmen olmayıb, lakin investisiyalardan bir neçə milyonluq var dövlət qazana bilmişdi. Kurt evsiz bir həyat keçirirdi – 30 il ərzində müxtəlif qablar, butılkalar yığırdı, zibilxanalardan qidalanırdı. Ölümündən sonra məlum oldu ki, qabların satışından əldə etdiyi pul vəsaitini o, iri isveç şirkətlərinin səhmlərinə yatırmışdı və 1,4 milyon dollar qazanmışdı, lakin həyatda ikən öz kapitalından bir qəpik də xərcləməmişdi. 

3. Mark Tven.
       Və əgər Daqermanın həyatı uğurlu investisiyalardan bəhs edirsə, bu hekayə ələ gələn şans necə buraxıldığından danışır. İstedadlı bir yazıçı olmağına baxmayaraq Mark Tven həmçinin uğurlu investor olmaq şansını əldən verdi. Bir gün dostu Aleksandr Bell – ilk telefon ixtiraçısı – unikal aparat yaratmaq üçün pul almaq məqsədi ilə ona müraciət etdi. Bu fikir Tvenə mənasız gəldi və o, dostuna kömək etməkdən imtina etmişdi, lakin o dövr üçün vençur investisiyası ona minlərlə faiz gəlir gətirə bilərdi. 

4. Ən məşhur investor.
        Uorren Baffet bəşər tarixinin ən müvəffəqiyyətli və zəngin investoru hesab olunur (onun var dövləti hazırda 77,3 milyard dollar həcmində qiymətləndirilir). Qeyd etmək lazımdır ki, milyarder karyerasını ilk dəfə 11 yaşında birjada ticarətdən başlamışdır ki, o vaxtı cəmi 100 dollara sahib idi. Şübhəsiz ki, Baffet gerçək bir maliyyə dahisi, planetin ən zəngin adamlarından biri olsa da təvazökar bir həyat tərzi keçirir (orta statistik bir evdə yaşayır və fast fud yeməklərini sevir). Milyarder qazandıqlarının çox hissəsini xeyriyyəçiliyə xərcləyir.

         Və məqalənin sonunda Uorren Baffetin məşhur statını gətirmək istərdim: “Siz çox istedadlı ola və böyük səylər göstərə bilərsiniz, yalnız bəzi nəticələri əldə etmək üçün sadəcə zamana ehtiyac var...”.  

Комментариев нет:

Отправить комментарий

İnvestisiya nədir və onun zəruriliyi nədən ibarətdir?

      Bu gün bir çox insanlar bilir və başa düşür ki, maliyyə azadlığına gedən yol investisiyalardan keçir və   maliyyə cəhətdən müstəqil ...