Aktiv və passiv nədir?

Aktivlər və passivlər nədir? Çoxlarında bu iki anlayış çətinliklərə səbəb olur, digərləri üçün isə sadəcə mühasibat uçotundan bir şeydir. Əslində bu o qədər də qorxulu deyil. Hətta belə deyərdim, aktiv və passivlərinizlə necə idarə etdiyinizdən birbaşa maddi rifahınız asılıdır.

Beləliklə passivlər nədir? Aktivlər nədir? 

Maliyyə anlayış və terminlərə dərinə getmədən hər şeyi çox sadə və aydın şəkildə ifadə edək.

Aktivlər – nə ki, Sizə pul gətirir.
Passivlər – nə ki, Sizin pulunuzu alır.

  Aktiv və passivlərin növləri


Aktivlərə Sizin bütün maliyyə yatırımlarınızı aid etmək olar, hansılar ki:


1. Sizin sabit maliyyə (passiv) gəlirinizi yaradırlar;

2. və (və ya) zaman keçdikcə dəyərini artırırlar. 

Əslində aktivlərin sayı çoxdur. Ən məşhurları içərisində:

1. Bank əmanətləri. Pulu banka faizlə qoymaq və onlardan gəlir əldə etmək.
2. Səhmlər. Burada iki yolla gəlir əldə etmək olar. Birincisi, səhmlərin alınması hansısa biznesin bir parçasını almaq deməkdir, vaxt keçdikcə biznesin qiyməti artacaq, yəni səhmlərin dəyəri də artacaq. İkincisi, dividend səhmlərini alaraq, satın aldığınız səhmlərə mütənasib olaraq illik mənfəət paylaşdırılmasında iştirak etmək hüququnuz vardır.
3. Daşınmaz əmlak. Mənfəət əldə etmək üçün praktiki olaraq, ən etibarlı yol. Bu aktivin alınmasına sərmayə qoymaqla özünüzə icarədən sabit pul axınını təmin edirsiniz. Daşınmaz əmlakın qiyməti də demək olar ki, ildən-ilə artmaqdadır.
4. İstiqrazlar. Mənfəət müəyyən bir müddətdə (adətən kvartalda, altı aydan və ya bir ildən bir) hesablanan kupon gəlirindən yaranır. Uzunmüddətli istiqrazlara sahib olmaqla uzun illər davamlı mənfəət mənbəsini yaratmış olursunuz.
5. Borc pul. Bu da aktivdir. Əlbəttə ki, əgər elə bələ borc verməmisinizsə və Sizin maliyyə maraqlarınız var. Əks təqdirdə, bu Sizin aktiviniz yox, passivinizdir.
6. Nəticədə dəyəri artacaq aktivlərin alınması. Bu aktivlər hansılardır? Qızıl, gümüş və digər qiymətli metallar, kolleksiya əşyaları (rəsmlər, markalar, nadir sikkələr və s.). 

Passivlərə aşağıdakıları aid etmək olar:

1. İpoteka kreditləri;
2. Əşyaların, səyahətlərin və s. alınması üçün nəzərdə tutulmuş istehlak kreditləri;
3. Bütün daşınan və daşınmaz əmlakınız (mənzil, avtomobil, məişət avadanlığı, qadcetlər və s.). Bəli, bəli. Gündəlik həyatda sahib olduğunuz və istifadə etdiyiniz hər şey Sizin passivlərinizdir;
4. Borc pul. Hətta əgər Sizə dostluq xatirinə, faizsiz borc verilibsə bu da Sizin passiviniz hesab olunur.   


Daha yaxşı anlamanız üçün nümunə gətirək.

Fərz edək ki, birdən-birə 150 min manata sahib oldunuz. Fərqi yoxdur haradan: göydən düşmüş, lotereyada qazanılmış, küçədə tapılmış, miras alınmış. Bu vəsaiti necə istifadə etmək olar?

Siz bu pulla yaxşı yerdən və yaxşı vəziyyətdə olan bir mənzil ala bilərsiniz. Yəni, daimi tələbatı olan və zəruri hallarda zamanla asanlıqla kirayə və ya satıla bilən daşınmaz əmlak. Mənzilin alqısından sonra onu aylıq 800 manata kirayə verirsiniz. İldə bu 9 600 manat edir. Buradan kommunal xidmətləri və digər cari ödənişləri çıxaraq cəmi 9 min manata yaxın bir vəsait alırıq. Bu aktivə sahib olarkən, kirayə şəklində aylıq sabit gəlir əldə edirik. Yəni, bu aktiv bizə müəyyən bir pul vəsaiti gətirir.

Amma bu da əsas deyil. Dünyada inflyasiya adlanan görünməz bir vergi mövcuddur. Hər il buna görə hər şey bahalanır və daşınmaz əmlak da istisna deyil. Adətən bu artım ildə 10-15 faiz təşkil edir. Bir ildə 10% artım olsa, 3 ildən sonra 150 minlik mənzil 195 minə başa gələcəkdir. Yəni 3 il ərzində 45 min manat gəlir əldə etmək olar. Həmçinin icarə haqqı da hər il artacaq.  

Başqa cür də etmək olar. Bir çox insanlar həyatda pulla bağlı “asan gələn, asan gedər” prinsipinə riayət edirlər. Tutaq ki, Siz də belə düşünürsünüz və birdən-birə sahib olduğunuz pula bahalı avtomobil almaq qərarına gəldiniz. Avtosalondan çıxan kimi avtomobil dərhal qiymətinin 10-20 faizini itirir. Bura sığorta, park, yuma, benzin, təmir, tuninq və s. illik xərcləri əlavə edin. İllik ən azı 5-6 min manat bu avtomobilə xərcləniləcək. Və əgər Siz üç ildən sonra bu avtomobili satmaq istəsəniz, təxminən onun ilkin qiymətinin yarısını alacaqsınız. Yəni 3 il ərzində Siz 75 min itirdiniz, əlavə hər il 6 min, 3 ilə – 18 min manat. Beləliklə, avtomobilin 3 illik istismarı Sizə 93 min manata başa gələcək.

Birinci halda, biz aktivə pul qoyduğumuzda, 45 min qazanırıq, ikinci halda isə passivin alınması ilə 93 min manat uduzuruq. Təbii ki, bu iki ən son hallardır. Amma hesab edirəm ki, belə ziddiyyətləri göstərməklə, passivlər və aktivlər arasındakı fərqləri anlamaq daha asan olar.

Əlbəttə ki, həyatımız boyu passivlərsiz keçinə bilmərik. Bütün həyatımız, praktiki olaraq, passivlərdən ibarətdir və onları tamamilə istisna etmək mümkün deyil. Geyim, yemək, texnologiya – hər gün istifadə etdiyimiz bunlardır. Burada əsas olan bir tarazlıq tapmaqdır. Aktivlərdən alınan mənfəətin passivlərin xərclərindən artıq olduğunu təmin etmək lazımdır.

Комментариев нет:

Отправить комментарий

İnvestisiya nədir və onun zəruriliyi nədən ibarətdir?

      Bu gün bir çox insanlar bilir və başa düşür ki, maliyyə azadlığına gedən yol investisiyalardan keçir və   maliyyə cəhətdən müstəqil ...