Şəxsi maliyyə planı nədir, nə üçün və necə tərtib olunmalı?


Şəxsi maliyyə planı – məqsədə çatmaq üçün və maliyyə müstəqilliyi əldə etmək üçün ilk addımdır. Zəngin insanların böyük əksəriyyəti öz maliyyə planına malikdirlər ki, pul vəsaitlərinin axınını səmərəli şəkildə idarə edir və bununla da özünü maliyyə təhlükəsizliyi baxımından daha güvəndə hiss edirlər. Düzgün tərtib olunmuş plan müəyyən bir ardıcıl tədbirlər alqoritmini verir və minimal xərclərlə qoyulmuş məqsədə çatmağa şərait yaradır. Hətta sadə bir plan Sizə özünüzü daha stabil hiss etməyə, borclardan qurtulub, idealda isə maliyyə vəziyyətinizi bir müddətdən sonra yaxşılaşdırmağa imkan verəcək.

Əksər insanların maliyyə planı olmasa da, hər zaman müəyyən bir istəkləri vardır. 
Amma onlardan soruşanda “Bəs Siz buna necə nail ola biləcəksəniz?” nə baş verir? Baxın, burada uzun bir fasilə yaranır. Onlar beyinlərində nələrisə fikirləşməyə başlayırlar və “Gələcəkdə daha çox qazancım olacaq?” sualına oxşar bir şeylər söyləyirlər. Amma nə qədər çox? Bu nə vaxt baş verəcək? Bunun üçün Siz nə edirsiniz? Və gəlir artarsa, sonra nə edəcəksiniz? və s. kimi suallar, hansılarına ki, cavab olaraq ya sükut, ya da ki, anlaşılmaz bir cümlələr.  

Əgər özünüzü tanıdınızsa bu məqaləni oxumağa davam edin.    

Uğurlu və zəngin olmaq – alın yazısı yoxsa sənin öz əlindədir?


Hər birimiz həyatda uğurlu, müvəffəqiyyətli və imkanlı olmaq arzusundadır. Amma, təəssüf ki, heç də hər kəsdə bu alınmır. Kimsə uğurlu insanların həyat hekayələrini oxuyub düşünür ki, heç vaxt varlı və uğurlu ola bilməz, kimsə isə inadla öz məqsədinə doğru addımlayır. Yəqin ki, hamınız məşhur amerikalı sahibkar və “Microsoft” şirkətinin yaradıcılarından biri olan Bill Geytsin ifadəsini oxumusunuz “Əgər sən kasıb doğulmusansa, bu sənin günahın deyil, amma sən kasıb olaraq həyatını bitirirsənsə bu artıq sənin öz günahındır”. Demək ki, hər şey bizim öz əlimizdədir. Uğur tənbəl və qorxaq insanları sevmir, var dövlətə isə uğursuz sahib olmaq mümkün deyil. Bəs uğurlu və zəngin olmaq üçün bizə nə mane olur? İlk öncə bu əksər hallarda “yoxsulluq kompleksi” ilə bağlıdır. “Yoxsulluq kompleksi” isə öz növbəsində üç tərkib hissədən ibarətdir:
  1. Dünyagörüşündən;
  2. Tənbəllikdən və onu inkar edilməsindən;
  3. Həyat şərtlərindən.

Bir qayda olaraq, müvəffəqiyyət və rifah xarici qüvvələr tərəfindən deyil, insanın daxili vəziyyəti ilə bağlıdır. Bir insan yaxşı bir həyata layiq olmadığını düşünürsə, çox güman ki, o inkişaf istiqamətində heç bir şey etmir. Və məhz onun bu səyi və inamına uyğun da həyatı qurulur. Sadə dildə desək: kim nəyə inanır, onu da əldə edir. Beləliklə, zəngin bir insan olmağı düşünün və “yoxsulluq kompleksindən” xilas olun!

İnvestisiya nədir və onun zəruriliyi nədən ibarətdir?

      Bu gün bir çox insanlar bilir və başa düşür ki, maliyyə azadlığına gedən yol investisiyalardan keçir və   maliyyə cəhətdən müstəqil ...